Balıq tutmaq istəyənlərin NƏZƏRİNƏ - Bu şəxslər üçün xüsusi icazə tələb olunmur
Sentyabrın 1-dən etibarən ölkəmizin su hövzələrində sənaye məqsədli balıq ovuna icazə verilib. Bununla da kürüləmə dövrü ilə əlaqədar tətbiq edilən moratorium başa çatıb.
Bəs görəsən, harada ov etmək olar, hansı balıq növlərinin ovlanmasına icazə verilir, ov qaydalarını pozanlar necə cəzalandırılırlar?
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, sentyabrn 1-dən Xəzər dənizində, Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında sənaye məqsədi ilə balıq və digər su bioresurslarının ovuna icazə verilir.
Məlumata görə, bu dövrdə ovlanmasına icazə verilən balıq növləri Kilkə, siyənək, kütüm, külmə, kefal, çəki, çapaq, qarasol, şamayı, Xəzər minoqası (ilanbalığı), sıf, naxa, daban balığı, durna balığı və xəşəmdir.
O da vurğulanıb ki, balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər müvafiq olaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
"Qeyd olunan qaydalar sənaye məqsədli balıq ovu üçündür, "Balıq və digər su bioresursları ovunun Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarına əsasən, idman və həvəskar balıq ovu ilə məşğul olanlar üçün xüsusi icazə nəzərdə tutulmayıb", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədli balıq və digər su bioresurslarının ovuna qoyulmuş moratoriumun müddəti sentyabrın 1-də başa çatıb.
Banu Hüseynli
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanda sentyabrın 1-dən balıq ovuna icazə veriləcək
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bu gündən Azərbaycanda qadağa qüvvəyə minir
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanın 40 rayonunda əkin sahələrinin aprobasiyası prosesi aparılır
-
Gürcüstandan Azərbaycana qanunsuz dərman keçirilməsinin qarşısı alınıb
-
AQTA-dan Qurban bayramı xəbərdarlığı: Küçədə heyvan kəsənlər cərimələnə bilər
-
Serenay Sarıkaya sərbəst buraxıldı
-
SOCAR-a yeni mətbuat katibi təyin edilib
-
FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib













