İran ordusu BƏƏ-dəki ABŞ hərbi bazasına PUA-larla hücum etdiyini açıqladı
Far.Az xəbər saytı

İran ordusu BƏƏ-dəki ABŞ hərbi bazasına PUA-larla hücum etdiyini açıqladı


İran ordusu ABŞ-nin Lark adasına endirdiyi zərbələrdən sonra Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) "Əl-Minhad" aviabazasında yerləşən ABŞ hərbçiləri və helikopterlərinin pilotsuz uçuş aparatları ilə hədəfə alındığını açıqlayıb.

Far.Az xəbər verir ki, İran ordusunun yaydığı açıqlamada hücumun Lark adasında öldürülən mülki şəxslər və hərbçilərin qisasını almaq məqsədilə həyata keçirildiyi bildirilib.

Açıqlamaya əsasən, aviabazada yerləşən ABŞ hərbçiləri və helikopterlərinə onlarla PUA ilə zərbə endirilib.

Qeyd edək ki, ABŞ ötən gecə Hörmüz boğazı yaxınlığında yerləşən Lark adasına iki zərbə endirib. Bundan sonra İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ qüvvələrinin istifadə etdiyi İordaniyadakı "Müvəffəq əs-Səlti" və "Kral Hüseyn" aviabazalarının ballistik raketlərlə vurulduğunu açıqlayıb.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Xankəndi şəhərində hərbçilərin yürüşü başa çatıb
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər