Ronaldo dayanmaq bilmir - 942-ci qolunu vurdu
Far.Az xəbər saytı

Ronaldo dayanmaq bilmir - 942-ci qolunu vurdu


Kriştianu Ronaldu peşəkar karyerasında 942-ci qolunu rəsmiləşdirib.

Far.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunun hücumçusu və Portuqaliya millisinin kapitanı bu uğura dünya çempionatının 2026-cı il üçün seçmə mərhələsində Ermənistan yığmasına qarşı oyunda imza atıb.

40 yaşlı forvard İrəvanda keçirilən görüşdə iki dəfə fərqlənib və komandası böyükhesablı – 5:0 qələbə qazanıb.

Ronaldu indiyədək "Real Madrid"in heyətində 450, "Mançester Yunayted"də 145, "Yuventus"da 101, "Əl-Nasr"da isə 101 qol vurub. Onun digər qolları isə karyerasına başladığı Lissabon "Sportinq"ində və milli komandanın heyətində qeydə alınıb.

Oxşar xəbərlər

Ronaldu karyerasında 900 qol vuran ilk futbolçu olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Kriştianu Ronaldu klub səviyyəsində 700 matçda qalib gələn ilk futbolçu olub
Premyer Liqa: "Mançester Yunayted" səfərdə "Mançester Siti"yə qalib gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər