Qarabağdan qaçan ermənilər Ukraynaya qarşı döyüşürlər
Baku TV-nin "Hərbi xronika" rubrikasında bu dəfə Qarabağ ermənilərinin Rusiyaya köçərək Ukraynaya qarşı döyüşən kriminal mənşəli "Arbat" batalyonuna qoşulmaları barədə məlumat təqdim olunub.
Ermənistanın "Hraparak" nəşrinə istinadən bildirilib ki, bu batalyona qatılan ermənilər yüksək maaş alır və ailələri ilə birlikdə sürətləndirilmiş qaydada Rusiya vətəndaşlığına qəbul edilirlər.
Məlumata görə, "Arbat" 2022-ci ildə kriminal avtoritet Armen Sarkisyan tərəfindən yaradılıb və 2023-cü ildən Rusiya Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Təxminən 500 üzvdən ibarət dəstə Ukraynada münaqişəsi zamanı Avdeyevka və Kursk istiqamətlərində döyüşlərdə iştirak edib, Donetsk vilayətində bir sıra yaşayış məntəqələrinin işğalında rol oynayıb. Armen Sarkisyanın cinayətkar keçmişi səbəbindən batalyonun əsasını məhkum edilmiş şəxslər təşkil edir.
2025-ci ilin fevralında Moskvada partlayış nəticəsində öldürülən Sarkisyanın yerinə batalyona keçmiş "Vaqner" üzvü Ayk Qasparyan rəhbərlik edir.
Qeyd olunur ki, Qasparyan əvvəllər silahlı qarətə görə məhkum olunub və müsahibələrində Donetsk proseslərini Qarabağ hərəkatı ilə eyniləşdirdiyini bildirib. Vurğulanıb ki, Rusiya rəsmiləri və erməni diaspor təşkilatları batalyonun cinayətkar mahiyyətini gizlədərək onun liderlərini müxtəlif mükafatlarla təltif ediblər.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı













