Premyer Liqa: "Qarabağ" – "Zirə" matçı heç-heçə başa çatdı
Far.Az xəbər saytı

Premyer Liqa: "Qarabağ" – "Zirə" matçı heç-heçə başa çatdı


Misli Premyer Liqasının IV turunda "Qarabağ" və "Zirə" klubları üz-üzə gəlib. Görüş maraqlı idman mübarizəsi şəraitində keçib və 1:1 hesabı ilə başa çatıb.

Far.Az-in məlumatına görə, oyunda hesabı "Zirə" açıb. 39-cu dəqiqədə Ruan Renato penaltidən dəqiq zərbə vuraraq komandasını önə çıxarıb – 0:1. İlk hissə bu hesabla yekunlaşıb.

İkinci hissədə "Qarabağ" bərabərlik qolunu tapa bilib. 81-ci dəqiqədə Kadi Borges dəqiq zərbə ilə fərqlənərək hesabı 1:1 edib.

Qarşılaşmanın qalan dəqiqələrində hər iki komanda qələbə qolu üçün cəhd göstərsə də, nəticə dəyişməyib. Beləliklə, tərəflər meydanı bir xalla tərk ediblər.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
UEFA Avropa Liqası: "Qarabağ" İsveç klubuna məğlub olub - YENİLƏNİB - 6
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər