Atasını təhqir edən şəxsi öldürən 20 yaşlı gənc HƏSB EDİLDİ
Lənkəran Ağır Cinayətlər Məhkəməsi İmişli rayonunun Sarıxanlı kəndində baş verən qətl hadisəsi ilə bağlı cinayət işinə baxaraq hökm çıxarıb.
Məhkəmə 2005-ci il təvəllüdlü təqsirləndiriləni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə təqsirli bilib və onu 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib.
Far.Az-in məlumatına görə, hadisə 2025-ci il yanvarın 17-də saat 22 radələrində Sarıxanlı kəndində baş verib.
Təqsirləndirilən şəxs atasının mobil telefon vasitəsilə tanışı ilə görüntülü danışığını eşidib və qurban Asif Allahverdiyevin (ad və soyad şərtidir) atasını təhqir etdiyini öyrənib. Qisas almaq niyyətilə evin mətbəxindən bıçaq götürərək kənddəki "Barber" yeməkxanasının qarşısına gedib.
Qurbanı çölə dəvət edib, mübahisə zamanı bıçaqla boyun nahiyəsinin sol tərəfindən vurub. Zədə boyun damarlarını və udlağı zədələyib, qurban İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, yanvarın 18-də saat 07:05-də ölüb.
Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ittihamı qismən qəbul edib və bildirib ki, qətl niyyəti olmayıb, lakin söyüş və təhqirə görə bıçaq atıb. O, hadisədən sonra şok vəziyyətinə düşüb və polisə təslim olub. Zərərçəkmişin hüquqi varisi (atası) məhkəmədə şikayətini geri götürüb və barışıq əldə etdiyini bildirib.
Ekspertiza rəyləri cinayətin qəsdli olduğunu təsdiqləyib: Tibbi ekspertiza qurbanın ölümünü ağır zədə ilə əlaqələndirib, psixiatrik ekspertiza təqsirləndirilənin sağlam olduğunu müəyyən edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Kürdəmirdə dəhşətli qətl: Biznesmen küçədə öldürüldü, oğlu isə... – TƏFƏRRÜAT
Salyanda 43 yaşlı kişi məktəbli qıza təcavüz etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib













