Məntəqə sədri: Ağdərə şəhəri üzrə seçicilərin 93 faizi səsvermədə iştirak edib
Far.Az xəbər saytı

Məntəqə sədri: Ağdərə şəhəri üzrə seçicilərin 93 faizi səsvermədə iştirak edib


Ağdərə şəhəri üzrə seçicilərin 93 faizi səsvermədə iştirak edib.

Bunu "Report"un bölgəyə ezam olunmuş əməkdaşına açıqlamasında 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinin Ağdərə şəhərində fəaliyyət göstərən 50 saylı seçki məntəqəsinin sədri Mahir Səmədov deyib.

M.Səmədov sözügedən məntəqədə fəallığın yüksək olduğunu, qeydiyyatda olan seçicilərin 93 faizinin səsvermə hüququndan istifadə etdiyini bildirib:

“Məntəqədə seçicilər sərbəst və şəffaf şəraitdə səsvermədə iştirak ediblər. Proses yerli və xarici müşahidəçilər tərəfindən izlənib və heç bir qanun pozuntusu qeydə alınmayıb”.

Oxşar xəbərlər

Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
Məntəqə sədri: Əsgəranda seçicilər tam şəffaf şəraitdə səs veriblər
Saat 17:00-a olan seçici fəallığı: Seçicilərin 33,82 faizi səsvermə hüququndan istifadə edib - YENİLƏNİB
Saat 15:00-a olan seçici fəallığı: Seçicilərin 29,49 faizi səsvermə hüququndan istifadə edib
Xankəndidəki seçki məntəqəsinin sədri: Seçki tam şəffaf şəraitdə davam edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər