Keçmiş arvadına bıçaqla və beton parçası ilə hücum edən kişi HƏBS EDİLDİ
Lənkəran Ağır Cinayətlər Məhkəməsi 1994-cü il təvəllüdlü Nicat Əliyevin (ad və soyad şərtidir) keçmiş arvadını qətlə cəhd etməsi ilə bağlı cinayət işinə baxıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29 və 120.1-ci maddələri (qəsdən adam öldürməyə cəhd) ilə təqsirli bilinib və 12 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Far.Az-in məlumatına görə, hadisə 31 dekabr 2024-cü il tarixdə Salyan rayonunda baş verib.
Təqsirləndirilən şəxs keçmiş arvadı Şəbnəmin (zərərçəkmiş) boşanmadan sonra başqa kişilərlə münasibətlərdə olduğunu güman edərək qısqanıb və qisas almaq niyyəti ilə evindən mətbəx bıçağı götürüb silahlanıb. Şəbnəm alış-verişdən qayıdaraq evə daxil olduqda, onun qısa paltar geyinməsi və taksi ilə gəlməsi üzərinə aralarında mübahisə çıxıb.
Nicat bıçaqla onun boyun və döş qəfəsinə zərbələr vurub, bıçaq qırıılaraq yerə düşəndən sonra yumruqla sifətinə vuraraq yerə yıxıb, yerdən tapdığı beton parçasını başın vurub və boyun fəqərələrini qırmağa cəhd edib.
Nəticədə zərərçəkmiş ağır xəsarətlər (baş beynin əzilməsi, göz orbitası qançırısı, gicgah sümüyü sınıqları və digərləri) alıb, lakin ətraf şəxslərin müdaxiləsi və vaxtında Salyan Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım sayəsində həyatı xilas olub. Məhkəmə-tibbi ekspertiza xəsarətlərin həyat üçün təhlükəli olduğunu təsdiqləyib.
Təqsirləndirilən şəxs məhkəmədə ittihamı tam qəbul etməyib, cinayətin qəsdən qətlə cəhd olmadığını, sadəcə döymək niyyəti olduğunu iddia edib. O, Şəbnəmin əxlaqsız həyat tərzi keçirdiyini, uşaqlarının yanında qeyri-etik hadisələr baş verdiyini və öz haqqında böhtanlar yaydığını bildirərək, cəzalandırma məqsədi olduğunu qeyd edib.
İbtidai istintaqda peşmanlığını ifadə edib, lakin məhkəmədə ifadə verməkdən imtina edib. Zərərçəkmiş Şəbnəm məhkəmədə dindirilib, hadisəni təsdiqləyib və təqsirləndirilənə ağır cəza verilməsini xahiş edib. Mütəxəssis-müəllim (psixoloq) zərərçəkmişin psixoloji vəziyyətini qiymətləndirib, travmanın dərin olduğunu vurğulayıb.
Şahidlərin ifadələri (uşaqlar, qonşular) hadisənin detallarını təsdiqləyib. Məhkəmə bıçaq, beton parçası və digər maddi sübutları tədqiq edib. Məhkəmə-psixiatrik ekspertiza təqsirləndirilənin əməl zamanı tam dərk etmə qabiliyyətinə malik olduğunu müəyyən edib.
Məhkəmə cəzanı təyin edərkən təqsirləndirilənin əvvəllər məhkum olunmamasını, peşmanlığını və ailə vəziyyətini (iki övladı var, boşanıb) yüngülləşdirici hallar kimi nəzərə alıb. Ağırlaşdırıcı hal olaraq qisas niyyətini qeyd edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Kişi arvadını və intim əlaqədə olduğu ustanı öldürdü - Cinayətin TƏFƏRRÜATI
Salyanda 43 yaşlı kişi məktəbli qıza təcavüz etdi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













