Azərbaycanda 1, 3 və 5 qəpikliklər dövriyyədən çıxarılacaq? - RƏSMİ
Son illər gündəlik ticarət dövriyyəsində kiçik nominallı qəpiklərdən daha az istifadə olunur. İctimai nəqliyyatda, mağazalarda və xidmət sahələrində ödənişlərin böyük hissəsi artıq kart vasitəsilə həyata keçirilir. Xüsusilə də ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması imkanı vətəndaşları nağdsız ödənişlərə daha çox üstünlük verməyə sövq edir. Bunun fonunda 1, 3 və 5 qəpikliklər daha az istifadə edilir.
Bəs görəsən ölkəmizdə 1, 3 və 5 qəpikliklərin dövriyyədən çıxarılması mümkündür?
Məsələ ilə əlaqədar Azərbaycan Mərkəzi Bankına sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən BAKU.WS-ə açıqlamada bildirildi ki, bu prosesdə əhalinin gündəlik ödəniş vərdişləri, iqtisadi prosesləri və inflyasiya göstəriciləri nəzərə alınmaqla aparılır. Hazırda belə qəpiklər dövriyyədə istifadə edilir:
"Azərbaycan Respublikasının milli valyutası – manat və onun nominal strukturunun ayrılmaz hissəsi olan metal pul nişanları (qəpiklər) ölkə iqtisadiyyatının nağd ödəniş dövriyyəsində mühüm rol oynayır. Hazırda müxtəlif nominallı metal pul nişanları tədavüldədir və qanuni ödəniş vasitəsi kimi istifadə olunur.
Nağd pulun tədavülünün təşkili zamanı Mərkəzi Bank iqtisadiyyatın tələbatını, əhalinin gündəlik ödəniş vərdişlərini, iqtisadi prosesləri və inflyasiya göstəricilərini nəzərə alır. Kiçik nominallı 1, 3 və 5 qəpiklik metal pul nişanları hələ də pərakəndə ödənişlərdə istifadə olunmaqdadır və onların dövriyyədə qalması iqtisadi və sosial baxımdan əsaslı hesab olunur".
Beləliklə, Mərkəzi Bankın açıqlamasına əsasən, yaxın gələcəkdə 1, 3 və 5 qəpikliklərin dövriyyədən çıxarılması gündəmdə deyil.
Banu Hüseynli
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













