Həkim kimi adı siyahıda olmadı: Dilqəm Məhərrəmov fərqli yola əl atdı
Adı plastik cərrah kimi işləməyə icazəsi olan həkimlərin siyahısına daxil edilməyən tanınmış həkim Dilqəm Məhərrəmov yeni yola əl atıb.
BAKU.WS "Qafqazinfo"a istinadla xəbər verir ki, D.Məhərrəmov Azərbaycan Tibb Universitetində əcnəbi vətəndaşlar üçün keçirilən rezidentura pilləsinə qəbul imtahanında iştirak edib. Müxtəlif ixtisaslar üzrə sənəd təqdim edən 41 namizəd arasında onun da olması marağa səbəb olub. D.Məhərrəmov və digərləri yalnız Azərbaycan dili imtahanında iştirak ediblər və daha sonra müsabiqəyə buraxılıblar.
Onun əcnəbi ölkə vətəndaşı olmasına dair məlumat indiyədək ictimailəşməmişdi. D.Məhərrəmovun hansı ölkənin vətəndaşı kimi imtahana qatılması isə bilinmir.
O da iddia edilib ki, Azərbaycan Beynəlxalq Universitetində təhsil almış D.Məhərrəmovun, ümumiyyətlə, cərrah kimi təhsili yoxdur.
Qeyd edək ki, ötən ilin oktyabrından başlayan plastik cərrah qalmaqalında ən çox adı çəkilən həkimlərdən biri də Dilqəm Məhərrəmovdur. Bir çox məşhur şəxsləri əməliyyat etmiş D.Məhərrəmovun daha sonra plastik cərrah kimi fəaliyyətinə qadağa qoyulmuşdu. Belə ki, Səhiyyə Nazirliyi plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti göstərməyə icazəsi olan həkimlərin siyahısını açıqlayarkən onun adı olmayıb. Həmin vaxt D.Məhərrəmov açıqlama verərək qərarın onu təəccübləndirdiyini və adının yaxın vaxtlarda siyahıya əlavə ediləcəyini deyib. Lakin xeyli müddət keçsə də, bu baş verməyib.
Bu arada əlavə edək ki, ATU-ya Azərbaycan vətəndaşları üçün rezidenturaya qəbul imtahanları ən çətin imtahanlardan biri sayılır. Əcnəbi vətəndaşlar isə yalnız dil biliyi yoxlanılmaqla müsabiqəyə buraxılırlar. İmtahan nəticələrinin yaxın günlərdə elan ediləcəyi bildirilir.
Onu da qeyd edək ki, D.Məhərrəmovun həyat yoldaşı Nərgiz Əhmədova da plastik cərrahdır və sözügedən siyahıda adı yoxdur.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Tanınmış həkimdən nazirliyə irad: "Gözümü açandan plastik cərraham, adım siyahıda yoxdur"
Dekan: Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













