Azərbaycan güləşçisi dünya çempionatının finalına vəsiqə qazanıb
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatı səkkizinci günündə yunan-Roma güləşi üzrə 60, 67 və 87 kq-da mübarizəyə start verilib.
Murad Məmmədov (63 kq) startda qırğızıstanlı Bayaman Kərimova 8:5 hesabıyla qalib gəlib.
Azərbaycan güləşçisi növbəti görüşdə son saniyələrdə işlətdiyi fəndlə türkiyəli Kərəm Kamalı üstələyərək (5:3) adını 1/4 finala yazdırıb. Ancaq bu mərhələdə iranlı Mohammad Keştkara uduzub – 0:8.
Həsrət Cəfərov (67 kq) venesuelalı Neyser Hidalqoya və avstraliyalı Tsuçika Şimoyamadaya 9:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə ermənistanlı Slavik Qalstyandan güclü olan (4:3) Həsrət yarımfinalda qırğızıstanlı Razzak Beyşekeyevlə qarşılaşıb və 3:1 hesablı qələbəylə yenidən dünya çempionatının finalına vəsiqə qazanıb. Cəfərov sabah həlledici qarşılaşmada iranlı olimpiya, dünya və Asiya çempionu Səid Esmailiylə üz-üzə gələcək.
İslam Abbasov (87 kq) belaruslu Stanislav Şafarenkanı (UWW) tam üstünlüklə (8:0) mübarizədən kənarlaşdırsa da, 1/8 finalda qırğızıstanlı Asan Janişova 3:4 hesabıyla məğlub olub.
Oxşar xəbərlər
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
Azərbaycan güləşçiləri Xorvatiyadakı turnirin son günündə 5 medal qazanıblar
Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Avropa çempionatı: Azərbaycan güləşçiləri 3 medal qazandılar
Avropa çempionatı: Azərbaycanın 2 güləşçisi finala yüksəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!"
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub













