Azərbaycanda elektrik avtobusları istehsal olunacaq - Yeni saziş imzalandı
Far.Az xəbər saytı

Azərbaycanda elektrik avtobusları istehsal olunacaq - Yeni saziş imzalandı


Azərbaycanda elektrik avtobuslarının istehsalı üzrə saziş imzalanıb.

BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.

Nazir bildirib ki, I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "MAN Truck & Bus SE" şirkətinin baş icraçı direktoru Aleksandr Vlaskamp ilə görüş keçirilib. Görüşdə sənaye və ticarət sahələrində, xüsusilə elektrik nəqliyyat vasitələrinin istehsalının lokallaşdırılması istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.

Qeyd olunub ki, bu gün İqtisadiyyat Nazirliyi, "Improtex Trucks & Buses" və "MAN Truck & Bus SE" şirkətləri arasında saziş imzalanıb. Sənəd Azərbaycanda elektrik avtobuslarının istehsalı, istehsalın lokallaşdırılması və ixrac imkanlarının gücləndirilməsini nəzərdə tutur.

M.Cabbarov vurğulayıb ki, bu tərəfdaşlıq ölkədə sənayenin şaxələndirilməsinə, həmçinin ekoloji təmiz nəqliyyat vasitələrinin istehsalının inkişafına mühüm töhfə verəcək.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər