Meksika və Fransa BMT Təhlükəsizlik Şurasında veto hüququnun dayandırılmasına çağırıb
Far.Az xəbər saytı

Meksika və Fransa BMT Təhlükəsizlik Şurasında veto hüququnun dayandırılmasına çağırıb


Meksika və Fransa kütləvi vəhşilik hallarında BMT Təhlükəsizlik Şurasında veto hüququnun tətbiqinin dayandırılmasının lehinə çıxış edib.

"Report" xəbər verir ki, bu barədə xarici siyasət idarələrinin Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində yaydığı birgə bəyanatda deyilir.

"Meksika və Fransa soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və genişmiqyaslı hərbi cinayətlər kimi kütləvi vəhşilik hallarında BMT Təhlükəsizlik Şurasında veto hüququnun tətbiqinin dayandırılması istiqamətində səylərin fəallaşmasını alqışlayır", - bəyanatda qeyd olunub.

Müvafiq bəyannaməni Paris və Mexiko 2015-ci ildə təqdim edib. Bu günədək onu 128 dövlət dəstəkləyib.

Keçirilmiş nazirlər görüşü çərçivəsində Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend təşəbbüsə qoşulduqlarını rəsmən elan edib.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
İçərişəhər rəqəmsallaşır: Yelo Bank yeni təşəbbüsə qoşuldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər