Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Far.Az xəbər saytı

Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?


Xalq artisti Alim Qasımovun müğənni Üzeyir Mehdizadə ilə "Bu dünyanın nəyindən narahatsan" mahnısına duet oxuması son günlərin müzakirə olunan mövzularından birinə çevrilib.

Duetin ərsəyə gəlməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif iddialar yayılıb. Hətta Alim Qasımovun bu layihəyə görə 1 milyon manat aldığı da iddia edilib.

BAKU.WS xəbər verir ki, bununla bağlı Oxu.Az-ın sualını cavablayan Xalq artisti qeyd edib ki, sözügedən layihəyə görə heç bir ödəniş almayıb.

O bildirib ki, mahnının sözləri xoşuna gəldiyi üçün oxumaq qərarı verib:

"Gözəl layihədir, çox xoşuma gəldi. Üzeyir ilə musiqi sayəsində tanışlığımız var. Bir-birimizə hörmətimiz yaranıb. Üzeyir gəlibmahnını mənə oxutdurdu, sözləri məni tutdu. Bundan sonra oxumaq qərarı verdim. Nə ödəniş? Allah haqqı, heç bir ödəniş almamışam".

Oxşar xəbərlər

Azərbaycanlı müğənnilər bu xarici ulduzlarla duet oxuyublar - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycanlı məşhurlar ilk dəfə duet oxudular
Xalq artisti Əminə Yusifqızı dəfn olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər