DYP: Yol hərəkətində təhlükəsizliyin təmini tək sürücülərin deyil, piyadaların da məsuliyyətli davranmasını tələb edir
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.
Bu barədə BAKU.WS-ə İdarədən məlumat verilib.
Bildirilib ki, yol hərəkətində təhlükəsizliyin təmin olunması yalnız sürücülərin deyil, piyadaların da qaydalara ciddi əməl etməsini və məsuliyyətli davranmasını tələb edir:
"Təəssüf ki, bəzi hallarda piyadaların yol şəraitini düzgün qiymətləndirmədən hərəkət hissəsinə çıxması, müəyyən edilməmiş yerlərdən keçməsi və diqqətsiz davranması ağır yol-nəqliyyat hadisələri ilə nəticələnir.
Yolu keçərkən piyada keçidlərindən, yerüstü və yeraltı keçidlərdən istifadə edilməlidir. Piyada keçidinin mövcudluğu isə yolu dərhal keçmək üçün kifayət etmir. Hərəkətə başlamazdan əvvəl yaxınlaşan nəqliyyat vasitələrinin sürəti və məsafəsi düzgün qiymətləndirilməli, sürücünün piyadanı gördüyünə və təhlükəsiz keçid üçün şərait yarandığına əmin olunmalıdır".
Yol polisinin məlumatında bildirilib ki, xüsusilə nizamlanmayan piyada keçidlərində daha diqqətli davranmaq vacibdir:
"Nəqliyyat vasitəsinin qarşısına qəfil çıxmaq, məhdud görünmə şəraitində yolu keçmək və avtomobilin dərhal dayanacağına arxayın olmaq ciddi təhlükə yaradır. Üstünlük hüququ heç bir halda ehtiyat tədbirlərini nəzərə almadan hərəkət etməyə əsas vermir.
Yolu keçərkən mobil telefondan, qulaqcıqdan və diqqəti yayındıran digər vasitələrdən istifadə etmək təhlükəni daha da artırır. Bir neçə saniyəlik diqqətsizlik ağır və geri dönüşü olmayan nəticələrə səbəb ola bilər".
Oxşar xəbərlər
Nizami rayonunda piyadaların maarifləndirilməsi ilə bağlı tədbirlər keçirilib
DYP-dən "Formula-1 Azərbaycan Qran Prisi" ilə əlaqədar MÜRACİƏT
Bakının mərkəzində xəstə qadın antisanitar vəziyyətdə TƏK YAŞAYIR
Bakının mərkəzində tək yaşadığı deyilən xəstə qadınla bağlı RƏSMİ AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçədə parklanma LƏĞV EDİLİR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar
-
Masallının böyük bir hissəsi qazsız qalacaq
-
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç baş tutub - YENİLƏNİB-2
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb













