"Neftçi"nin qadınlardan ibarət komandası heyətini 10 futbolçu ilə gücləndirib
Far.Az xəbər saytı

"Neftçi"nin qadınlardan ibarət komandası heyətini 10 futbolçu ilə gücləndirib


"Neftçi"nin qadınlardan ibarət komandası heyətini 10 futbolçu ilə gücləndirib.

"Far.Az" xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

Heyətə cəlb olunan oyunçular qapıçı Aytac Şərifova (sonuncu klubu “Trabzonspor”, Türkiyə), müdafiəçilər Alina Nəhmədova (“Sumqayıt”), Fidan Cəfərova (“Baku Juniors”), Sevgi Sevin Ergen (“Trabzonspor”, Türkiyə), Güzide Alçu (“Amedspor”, Türkiyə), yarımmüdafiəçilər Eda Nur Özbay (“Bornova Hitab Spor”, Türkiyə), Meryem Küçükbirinci (“Trabzonspor”, Türkiyə), Şehriban Dülek (“Amedspor”, Türkiyə), Vüsalə Seyfəddinova (“Olimpiada İmittou”, Yunanıstan) və hücumçu Xanım Əsədovadır (“Sabah”).

Baş məşqçi Siyasət Əsgərovun kollektiv UEFA Çempionlar Liqasının I mərhələsində qarşılaşacağı Avstriyanın “Sankt-Pölten” klubu ilə matçın hazırlığını davam etdirir.

Qeyd edək ki, sentyabrın 4-də Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunacaq oyun saat 18:00-da başlayacaq.

Oxşar xəbərlər

"Qarabağ"ın Avrokuboklardakı böyükhesablı qələbələri
UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - YENİLƏNİB - 6
UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - YENİLƏNİB - 8
"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB - 5
“Neftçi”dən Qara Qarayev ilə bağlı QƏRAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər