Tayvanda "Ragasa" super tayfunu: 14 ölü, onlarla yaralı və itkin
Tayvanda "Ragasa" super tayfununun səbəb olduğu güclü yağışlar selə yol açıb.
Far.Az xəbər verir ki, Tayvan mediasının məlumatına görə, Hualien bölgəsinin Gangfu qəsəbəsində Matai"an gölünün daşması nəticəsində yaşayış məntəqələrini su basıb.
Rəsmi açıqlamaya görə, sel nəticəsində 14 nəfər ölüb, 18 nəfər yaralanıb, 30 nəfər isə itkin düşüb. Həlak olanların əksəriyyətinin evlərini vaxtında tərk edə bilməyən yaşlı insanlar olduğu bildirilir. Hadisə ilə əlaqədar 3 mindən çox sakin təhlükəsiz ərazilərə köçürülüb.
Təbii fəlakət bölgədə infrastrukturun ciddi zədələnməsinə səbəb olub – dəmir yolu stansiyası yararsız hala düşüb, körpülər dağılıb.
"Ragasa" Tayvanı keçdikdən sonra Çinin cənub sahillərinə doğru hərəkət edib. Honq Konq və Quandonq əyalətində ən yüksək fırtına xəbərdarlığı elan olunub, yüzlərlə aviareys və qatar səfərləri təxirə salınıb, məktəblər bağlanıb.
Oxşar xəbərlər
Çin ordusu Tayvan ətrafında təlimlərə başlayıb, ada mühasirəyə alınıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Britaniya XİN: Tayvan boğazında eskalasiya təhlükəsi var
İlham Əliyev Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində olub
Tayvanda “Konq Rey” supertayfunu nəticəsində xəsarət alanların sayı 205 nəfərə çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Pezeşkian Türkiyəyə yola düşüb
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
Yaponiyanın müdafiə naziri seçkilərdə Takaiçini dəstəkləyəcək
-
"TRT Haber": Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













