

Vladimir Feketeyə "Dostluq" ordeni təqdim edilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 avqust 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Vladimir Fekete "Dostluq" ordeni ilə təltif edilib.
Sentyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Feketeyə ordeni təqdim edib.
Dövlət Komitəsinin sədri Ramin Məmmədov V.Feketeni yüksək dövlət təltifinə layiq görülməsi münasibətilə təbrik edib. Dövlətin dini icmalara göstərdiyi diqqətin əhəmiyyətinə toxunan Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti nəticəsində ölkəmizdə dini müxtəlifliyin, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi həssaslıqla yanaşılır. Bütün dinlərin nümayəndələrinə bərabər imkanlar yaradılıb, ibadət yerlərinin tikintisi və bərpası, dini icmaların sərbəst fəaliyyəti üçün hərtərəfli dəstək verilir.
Yepiskop Vladimir Fekete fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi olan dövlət təltifinə layiq görüldüyünə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib. O, ölkəmizdə katolik icmasına yaradılan şəraitin dini tolerantlıq nümunəsi kimi beynəlxalq miqyasda da təqdir edildiyini vurğulayıb və bundan sonra da dini həmrəyliyin möhkəmləndirilməsi üçün çalışacağını qeyd edib.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Dövlət komitəsinin sədri Vatikanın dövlət katibinin müavini ilə görüşüb
Mehriban Əliyevanın doğum günüdür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə Dördüncü Ənənəvi Minifutbol Turnirinə start verilir
-
"Şəhər İçində Şəhər" – Gəncə Park City: Gəncənin yeni nəfəsi, gələcəyin şəhəri
-
Azərbaycanlı müğənninin bağ evindən 20-30 000 AZN-lik qızılları oğurlandı
-
"Qarabağ" - "Kopenhagen" oyununun bu biletləri satışa çıxan kimi TÜKƏNDİ
-
Emin Ağalarov ABŞ-dəki evindən paylaşım etdi
-
Əli Əsədov Beynəlxalq Konkisürmə Birliyinin prezidenti ilə görüşüb