Türkiyənin vitse-prezidenti Azərbaycan liderini seçkilərdə YAP-ın qələbəsi münasibətilə təbrik edib
Far.Az xəbər saytı

Türkiyənin vitse-prezidenti Azərbaycan liderini seçkilərdə YAP-ın qələbəsi münasibətilə təbrik edib


Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan Prezidenti İlham Əliyevi Azərbaycanda keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qələbəsi münasibətilə təbrik edib.

"Far.Az" xəbər verir ki, bununla bağlı Cevdet Yılmaz "X" hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Milli Məclisə seçkilərdə qalib gəlmiş Yeni Azərbaycan Partiyasını və Azərbaycan Prezidenti İlham Əliyevi ürəkdən təbrik edirəm. Parlament seçkilərinin 30 ildə ilk dəfə olaraq Azərbaycanın suveren torpaqlarında, o cümlədən Qarabağda keçirilməsi faktı bizi məmnun edir. Ümid edirəm ki, dünən Milli Məclisə keçirilən seçkilər regionda sülhə və sabitliyə töhfə verəcək, Azərbaycan xalqının və bütün Türk dünyasının rifahına xidmət edəcək".

Oxşar xəbərlər

"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Ərdoğan Prezident İlham Əliyevi parlament seçkilərində YAP-ın qələbəsi münasibətilə təbrik edib
YAP-ın parlament seçkilərində 68 namizədi liderdir
Saat 19:00-a olan seçici fəallığı: 37,27 faiz seçici səsvermə hüququndan istifadə edib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər