Çində dünyanın ən böyük körpüsü istifadəyə verildi
Far.Az xəbər saytı

Çində dünyanın ən böyük körpüsü istifadəyə verildi


Çində dünyanın ən böyük körpüsü istifadəyə verildi.

BAKU.WS xəbər verir ki, Çin"in cənub-qərbində, Quyçjou əyalətində inşa edilən "Huajiang Kanyon Körpüsü" üç illik tikintidən sonra bu gün istifadəyə açılıb. Körpünün kanyon üzərindən keçidi əvvəlki iki saatdan cəmi iki dəqiqəyə endirdiyi bildirilib.

Beipan çayının üzərində, 625 metr yüksəklikdə salınan körpü San-Fransiskodakı məşhur "Golden Gate" körpüsündən təxminən doqquz dəfə hündürdür. Əsas açıqlığı 1420 metr olan nəhəng tikili, dağlıq ərazidə inşa edilən dünyanın ən uzun açılımlı polad qəfəs kirişli asma körpüsü statusunu qazanıb.

Məlumata görə, körpü Quyçjou əyalətinin Liucşi və Anlonq şəhərlərini birləşdirir. Rəsmilər bildiriblər ki, dünyanın ən yüksək üç körpüsü məhz Quyçjoudadır, həmçinin dünyanın ən hündür 100 körpüsünün yarısı bu əyalətdə yerləşir.

Beləliklə, "Huajiang Kanyon Körpüsü" həm üfüqi, həm də şaquli ölçülərə görə dünyanın ən böyük körpüsü adını əldə edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər