MEDİA və Mətbuat Şurası TRT əməkdaşının Qəzzada həlak olması ilə bağlı başsağlığı verib
Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası Türkiyənin TRT telekanalının əməkdaşı Yahya Berzakın Qəzza zolağında həlak olması ilə bağlı başsağlığı veriblər
Far.Az xəbər verir ki, MEDİA-nın "X" hesabındakı paylaşımında qeyd olunub:
"Qəzzada peşə borcunu yerinə yetirərkən jurnalist Yahya Berzakın həlak olması ilə bağlı Türkiyə ictimaiyyətinə, TRT ailəsinə və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı veririk".
Mətbuat Şurasının yaydığı məlumatda isə vurğulanıb:
"Qəzza zolağında Türkiyənin TRT telekanalının əməkdaşı Yahya Berzakın həlak olması böyük faciədir. Hadisə jurnalistikanın təhlükəli peşə reallığını bir daha sübuta yetirir, zaman-zaman müzakirəsi aparılan media və ekstremal şəraitlər mövzusunu ön plana çıxarır.
Müharibə və münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlərin üzləşdikləri faciələr, eyni zamanda, söz və ifadə azadlıqlarına, informasiya almaq hüququna zidd təmayül kimi meydana çıxır. Təəssüf ki, beynəlxalq aləm bu cür mənfi təmayüllərin qarşısında acizdir. Y.Berzak da məhz həmin acizliyin növbəti qurbanıdır. Müasir müstəqilliyi dövründə iki müharibə görmüş Azərbaycan jurnalistikasının da onun kimi qurbanları olub".
Mətbuat Şurası İdarə Heyətinin üzvləri Y.Berzakın Qəzzada həlak olmasından dərin kədər hislərini ifadə edərkən dünyanın müharibələrdən, münaqişələrdən və onların doğurduğu jurnalist ölümlərindən də uzaq məkana çevrilməsini arzulayır, TRT telekanalının timsalında bütövlükdə qardaş ölkə mediasına başsağlığı verir, mərhumun həmkarlarının və yaxınlarının üzüntülərini bölüşür, onlara səbr və dözüm diləyirlər.
Oxşar xəbərlər
Medianın İnkişafı Agentliyində Anım Gününə həsr olunan tədbir keçirilib, Zəfər parkı ziyarət edilib
Əhməd İsmayılov: "Rəqəmsal çağırışlara uyğunlaşmaq hüquqi və sosial yanaşmalar da tələb edir"
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













