"İdman öncəsi bu tibbi müayinələr vacibdir" - Həkimdən XƏBƏRDARLIQ
Son dövrlər idman zallarında qəfil ölümlərin və infarkt hallarının artması cəmiyyətdə ciddi narahatlıq doğurub. Mütəxəssislərin fikrincə, bu kimi halların arxasında bir neçə əsas faktor dayanır.
Far.Az Milli.Az-a istinadən xəbər verir ki, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudovun sözlərinə görə, bu hallar əsasən gizli ürək-damar problemlərindən qaynaqlanır. Onun sözlərinə görə, bəzi gənclərdə heç bir əlamət hiss edilməsə də, anadangəlmə ürək qüsurları və ya ritm pozğunluqları ola bilər. Ağır fiziki yüklənmə zamanı bu gizli pozuntular aktivləşərək qəfil ürək dayanmasına səbəb ola bilər. Yaşlı insanlarda isə əsas risklər arasında damar tıxanıqlığı, yüksək qan təzyiqi və diabet kimi xroniki xəstəliklər ön plana çıxır.
Rəşad Mahmudov həmçinin enerji içkiləri və idman əlavələrinin də bu cür hadisələrdə rol oynadığını qeyd edib. Onun sözlərinə görə, bu məhsulların tərkibindəki yüksək dozada kofein, taurin və digər stimulyator maddələr ürək ritmini sürətləndirir, təzyiqi yüksəldir və aritmiya riskini artırır. Bu içkilər, xüsusilə intensiv fiziki fəaliyyətlə birlikdə qəbul edildikdə, ürəyin dayanması və ya infarktla nəticələnə bilər.
Üçüncü mühüm səbəb isə həyat tərzindəki kəskin dəyişikliklərlə bağlıdır. Mütəxəssis bildirir ki, uzun müddət passiv həyat tərzi keçirən, hərəkətsiz olan və zərərli vərdişlərə sahib şəxslərin birdən-birə ağır fiziki məşqlərə başlaması orqanizmi ciddi stressə salır. Bu zaman damarlarda illərlə yığılıb qalmış, lakin aktiv olmayan çökmələr qoparaq damarların tutulmasına yol aça bilər. Nəticədə isə ürək tutması və ya ani ölüm riski yaranır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Məşhur həkim Cabir İmanovun ölümündən danışdı: Gizli problem riski artırır
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Səhiyyə Nazirliyi: "Müntəzəm qan verən şəxslərdə infarkt və insult riski 30-40% aşağı olur"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq
-
Ammar Baxşalıyev batut gimnastikası üzrə dünya çempionatının finalına yüksəlib













