"Kopenhagen"in baş məşqçisi: "Qarabağ" mükəmməl oynadı və layiqli qələbə qazandı
Far.Az xəbər saytı

"Kopenhagen"in baş məşqçisi: "Qarabağ" mükəmməl oynadı və layiqli qələbə qazandı


Meydanda gözlədiyim "Qarabağ"ı gördüm. Bu komandanın gücünü bilirdik. İlk hissədə rəqib mükəmməl oynadı. Biz isə zəif təsir bağışladıq. Nəticədə qol buraxdıq.

Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri "Kopenhagen"in baş məşqçisi Yakob Neestrup UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis Azərbaycan çempionunun layiqli qələbə qazandığını bildirib: "İkinci hissədə vəziyyəti dəyişsək də qol vurmaq alınmadı. Meydanda başabaş mübarizə getdi. Hesab heç-heçə də ola bilərdi".

O, "Qarabağ"ın əla komanda olduğunu söyləyib: "Çox yaxşı futbolçuları və baş məşqçisi var. Qurban Qurbanova hörmətlə yanaşıram. Uzun illərdir "Qarabağ"a rəhbərlik edir. Onlara gələcək oyunlarda da uğurlar arzu edirəm".

Yakob Neestrup Ağdam klubunun Çempionlar Liqasında sürpriz edə biləcəyini istisna etməyib: "Sadəcə, buna inanmaq lazımdır. Bizim də şanslarımız var. Sonadək mübarizə aparacağıq".

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər