Azərbaycan sığortaçılarının investisiya portfeli bu il 6 %-ə yaxın artıb
Bu ilin əvvəlindən Azərbaycandakı sığorta şirkətlərinin investisiya portfeli ötən ilin sonu ilə müqayisədə 5,6 % və yaxud 94 milyon manat artaraq 1 milyard 772 milyon manata çatıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.
Sənədə əsasən, dövlət qiymətli kağızlarının yeni emissiyasının olmaması sığortaçıların alternativ investisiya alətlərindən istifadə etməsinə təsir edib. Belə ki, investisiya portfelində artım əsasən banklarda pul vəsaitləri (205 milyon manat) və qeyri-dövlət qiymətli kağızlarının (102 milyon manat) hesabına baş verib.
Bundan əlavə, sığorta şirkətləri repo bazarında vəsait yerləşdirən tərəf kimi aktiv iştirak ediib. Ümumilikdə, həyat sığorta şirkətlərinin aktivlərinin 92 %-ni, qeyri-həyat sığorta şirkətlərinin aktivlərinin isə 73%-ni investisiya portfeli təşkil edir.
Sığorta şirkətlərinin investisiya aktivləri əsasən dövlət qiymətli kağızlarından və bank vəsaitlərindən ibarətdir.
Yanvar-iyun aylarında sığorta sektoru investisiya fəaliyyətindən 55 milyon manat gəlir əldə edib ki, bu da cəmi gəlirlərin 7,15 %-i təşkil edib.
"Dövlət qiymətli kağızlarının azalması fonunda sığorta sektorunun durasiyasında azalma müşahidə olunur. Sığorta şirkətlərinin faiz dərəcəsi riskləri üzrə həssaslığı durasiya metodu ilə qiymətləndirilib, aktiv və öhdəlikləri balans dəyəri ilə əks etdirildiyinə görə hesablamalar balans dəyəri üzərindən aparılıb və uçot faiz dərəcəsi ilə diskontlaşdırılıb. Müsbət durasiya fərqi nəticəsində faiz dərəcələrinin artımı məcmu kapitalın tələb olunan kapitala nisbəti əmsalına azaldıcı təsir edir", - deyə hesabatda qeyd olunub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanda 3 milyon vətəndaşı əhatə edən artımlar: Sosial rifaha xidmət edən güclü sosial siyasət
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
"Xilasedici" CEV Çempionlar Liqasında cavab oyununa çıxacaq













