III MDB Oyunları: Bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək
Far.Az xəbər saytı

III MDB Oyunları: Bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək


III MDB Oyunları çərçivəsində bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək.

Far.Az report-a istinadən xəbər verir ki, Şəkidə çövkən üzrə bürünc medal uğrunda matçda Qazaxıstan və Qırğızıstan seçmələri üz-üzə gələcəklər.

Şəkidə eyni zamanda bədii gimnastika üzrə yarışlara start veriləcək.

Gəncə İdman Sarayında voleybol yarışının sonuncu günündə mükafatçılar müəyyənləşəcək.

Sözügedən idman mərkəzində qılıncoynatma görüşləri davam edəcək, güllə atıclığına isə yekun vurulacaq.

Bundan başqa, Gəncədə 3x3 basketbol üzrə yarışın mükafatçıları bəlli olacaq.

Mingəçevirdə isə avarçəkmənin kayak və kanoe üzrə final yarışları keçiriləcək.

Oxşar xəbərlər

Azərbaycanın çövkən yığması III MDB Oyunlarında finala yüksəlib
III MDB Oyunları: Azərbaycanın badminton komandası bürünc medal qazanıb
III MDB Oyunları: Azərbaycanın cüdo yığması qarışıq komanda növündə qızıl medal qazanıb
Xankəndidə III MDB Oyunlarının kamandan oxatma yarışları başladı
Xankəndində III MDB Oyunları zamanı polis əməkdaşları fasiləsiz xidməti davam etdirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər