

İndoneziyada məktəb binasının uçması nəticəsində ölənlərin sayı 49-a çatdı
İndoneziyanın Şərqi Yava vilayətində, icazəsiz olaraq iki əlavə mərtəbəsi tikilməyə başlayan internat məktəb binasının uçması nəticəsində ölən tələbələrin sayı 49-a yüksəlib. Hadisə 29 sentyabrda Sidoarjo şəhərində baş verib və dağıntılar altında axtarış-xilasetmə işləri davam etdirilir.
Far.Az xəbər verir ki, rəsmi məlumatlara görə, 49 tələbə həyatını itirib, 103 tələbə isə yaralanıb. Onlardan 6 nəfəri ağır yaralı olaraq müalicə altındadır, 97 tələbənin isə müalicələrindən sonra xəstəxanadan buraxıldığı bildirilib.
Məlumatda qeyd olunur ki, binanın icazəsiz tikilən iki mərtəbəsi üçün tökülən beton onun ağırlığını daşıya bilməyərək uçub. Uçqun altında yalnız bir tələbə xəsarət almadan xilas olub.
Məktəb rəhbərliyi hələlik hadisəyə dair rəsmi açıqlama verməyib. Polis isə hadisə ilə bağlı genişmiqyaslı istintaq aparacağını bildirib.
Oxşar xəbərlər
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycanda AĞIR QƏZA: Ölən və xəsarət alan qadınların ADLARI
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zaqatalada 44 yaşlı kişi faciəvi şəkildə öldü
-
III MDB Oyunları: Xankəndidə oxatma yarışlarının qalibləri mükafatlandırılıblar
-
Şavkat Mirziyoyev Qəbələdə keçiriləcək TDT sammitində iştirak edəcək
-
"Barselona" böyük hesabla məğlub oldu
-
Bəşəriyyəti içməli su qıtlığı gözləyir - Problemin qarşısını necə almaq olar?
-
Xoşqədəmin verilişinə o aparıcılıq edir