

Naxçıvanda bir sıra təhsil müəssisələrinin adları dəyişdirildi
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi təhsili müəssisələrinin mövcud təcrübəyə əsaslanaraq adları dəyişdirilib.
Far.Az xəbər verir ki, bununla bağlı olaraq Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov müvafiq əmr imzalayıb.
Əmrə əsasən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən 9 musiqi məktəbinin adı aşağıdakı kimi dəyişdirilib:
1. Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin adı dəyişdirilərək Naxçıvan Şəhər 2 nömrəli İncəsənət Məktəbi;
2. Naxçıvan Şəhər Səfər Rəcəbov adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin adı dəyişdirilərək Naxçıvan Şəhər Səfər Rəcəbov adına 3 nömrəli İncəsənət Məktəbi;
3. Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin adı dəyişdirilərək Naxçıvan Şəhər Ərtoğrol Cavid adına 6 nömrəli İncəsənət Məktəbi;
4. Şərur Şəhər Bəhruz Kəngərli adına Uşaq İncəsənət Məktəbinin adı dəyişdirilərək Şərur Şəhər Bəhruz Kəngərli adına İncəsənət Məktəbi;
5. Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin adı dəyişdirilərək Ordubad Şəhər İncəsənət Məktəbi;
6. Qıvraq Qəsəbə Uşaq Musiqi Məktəbinin adı dəyişdirilərək Qıvraq Qəsəbə İncəsənət Məktəbi;
7. Şahbuz Rayon Uşaq Musiqi Məktəbinin adı dəyişdirilərək Şahbuz Şəhər İncəsənət Məktəbi;
8. Babək Rayon Uşaq Musiqi Məktəbi adı dəyişdirilərək Babək Şəhər İncəsənət Məktəbi;
9. Culfa Şəhər Uşaq Musiqi Məktəbinin adı dəyişdirilərək Culfa Şəhər İncəsənət Məktəbi adlandırılıb.
Qeyd edək ki, həyata keçirilən yeniliklər Naxçıvan Muxtar Respublikasında əhalinin artmaqda olan mədəni tələbatının nəzərə alınaraq musiqi məktəblərində uşaq və yeniyetmələrin bacarıq və istedadlarının üzə çıxarılması və potensiallarının aşkar olunmasına xidmət edəcək.
Oxşar xəbərlər
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Payız-qış mövsümü ilə bağlı qrip əleyhinə vaksinasiyaya başlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Barselona" böyük hesabla məğlub oldu
-
İdman zallarında gizlənmiş risklər - Sağlamlığımızı qoruyarkən həyatımızı itirməmək üçün nə etməliyik?
-
FHN-in karateçiləri III MDB Oyunlarında yüksək nəticələr əldə edib
-
Sənədsiz evlər problemi: Yüzlərlə ailə çıxarış gözləyir
-
Vətən müharibəsi iştirakçısı 27 yaşında vəfat etdi
-
Xalq artisti: "Bir gün hər şeyi itirəcəksən"