

Tbilisidə silah-sursat anbarı aşkarlanıb: Prezident sarayına hücum planı ifşa olunub
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) paytaxt Tbilisidə aparılan xüsusi əməliyyat zamanı külli miqdarda odlu silah, sursat və detonatorla təchiz olunmuş partlayıcı maddələr aşkarlayıb.
Far.Az xəbər verir ki, bu silah-sursat Ukraynada fəaliyyət göstərən hərbi hissələrdən birinin gürcü nümayəndəsinin göstərişi ilə Gürcüstan vətəndaşı B.Ç. tərəfindən əldə edilib.
İstintaq materiallarına əsasən, aşkarlanan silah və partlayıcıların oktyabrın 4-də Tbilisidə zorakı diversiya aktları zamanı, o cümlədən Prezident sarayına hücum cəhdində istifadə olunması planlaşdırılıb.
Əməliyyat zamanı silah-sursatları paytaxta çatdırmalı olan şəxslər saxlanılıb. DTX əməkdaşları gizli saxlanc yerini Tbilisi ətrafındakı meşəlikdə aşkar ediblər.
Qurumun açıqlamasında o da qeyd olunur ki, B.Ç-nin tapşırığı ilə detonator pultunu hazırlayan şəxs də müəyyən edilərək saxlanılıb. Hazırda onun barəsində istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Şuşada partlayıcı tələ aşkarlanıb
Turistlərin sevimli şəhərinə çevrilmiş paytaxt Bakı
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Barselona" böyük hesabla məğlub oldu
-
FHN-in karateçiləri III MDB Oyunlarında yüksək nəticələr əldə edib
-
İdman zallarında gizlənmiş risklər - Sağlamlığımızı qoruyarkən həyatımızı itirməmək üçün nə etməliyik?
-
Sənədsiz evlər problemi: Yüzlərlə ailə çıxarış gözləyir
-
Vətən müharibəsi iştirakçısı 27 yaşında vəfat etdi
-
Xalq artisti: "Bir gün hər şeyi itirəcəksən"