NASA Avropada həyat axtaracaq
Far.Az xəbər saytı

NASA Avropada həyat axtaracaq


ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) 2024-cü ilin oktyabrında Yupiterin peyki Avropaya, onda həyat üçün şəraitin olub-olmadığını müəyyən etmək üçün kosmik gəmi göndərəcək.

Bu barədə “Report” “NASA”nın saytında dərc edilən məlumata istinadən xəbər verir.

Qeyd olunub ki, “Europa Clipper” missiyasının orbitə çıxarılması oktyabrın 10-da ABŞ Kosmik Qüvvələrinin Florida ştatındakı Kanaveral burnunda yerləşən bazasından planlaşdırılır. Buraxılış üçün Amerikanın “SpaceX” şirkətinin “Falcon Heavy” daşıyıcısından istifadə ediləcək.

“NASA” vurğulayıb ki, missiyanın məqsədi elm adamlarına Yupiterin buzla örtülmüş təbii peyklərindən birinin həyatı dəstəkləyə biləcəyini müəyyən etməkdir.

Sıfır cazibə şəraitində eksperimentlər aparmaq üçün doqquz cihaz və avadanlıqla təchiz edilən kosmik gəminin Yupiter orbitinə çıxarılması və daha da Avropaya yaxınlaşması gözlənilir.

Oxşar xəbərlər

“SpaceX” yeni internet-peyklər qrupunu orbitə çıxarıb
Bakıda şəhidlərin adını daşıyan park niyə zibilliyə çevrilib? – RƏSMİ AÇIQLAMA/FOTO
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Mehriban Əliyeva Heydər Əliyev Fondunun uşaqlar üçün təşkil etdiyi şənlikdə iştirak edib - FOTO
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər