Məşhur rəssamın tabloları ictimai televiziya kanallarına dəstək üçün satışa çıxarılır
ABŞ-də tanınmış rəssam və televiziya aparıcısı Bob Rossun orijinal tabloları açıq hərraca çıxarılacaq. Satışdan əldə olunan gəlir ölkə üzrə ictimai televiziya kanallarına yönəldiləcək.
Far.Az trt haber-ə istinadən xəbər verir ki, hərracı "Bonhams" evi təşkil edir və Rossun 30 əsəri müxtəlif tarixlərdə satışa çıxarılacaq. İlk hərrac noyabrın 11-də keçiriləcək və burada rəssamın "Cliffside" (1990), "Winter"s Peace" (1993) və "Home in the Valley" (1993) adlı tabloları təqdim olunacaq. Əsərlərin ümumi satış dəyəri 850 min–1,4 milyon dollar aralığında qiymətləndirilir.
Bob Ross Inc.-in rəhbəri Joan Kovalski bildirib ki, bu təşəbbüs rəssamın "sənəti hər evə çatdırmaq" arzusuna davamlılıq qazandıracaq.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bu ilin mayında ictimai televiziya və radiolara dövlət dəstəyini dayandıran qərar imzalamışdı. Bu isə bir çox yerli media qurumlarını maliyyə çətinliyi ilə üz-üzə qoymuşdu.
Xatırladaq ki, Bob Ross 1983–1994-cü illərdə yayımlanan "The Joy of Painting" proqramı ilə milyonlarla insana rəssamlığı sevdirmişdi. Onun "xırda səhvlər yoxdur, sadəcə xoşbəxt təsadüflər var" ifadəsi bu gün də yaddaşlardadır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət veriləcək
Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün iki ay möhlət verilməsi təsdiqlənib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
Yatmazdan əvvəl yeyilən ən zərərli qəlyanaltının adı açıqlandı













