Bir sıra ölkələrdən Azərbaycana bəzi malların idxalına məhdudiyyət qoyulub
Far.Az xəbər saytı

Bir sıra ölkələrdən Azərbaycana bəzi malların idxalına məhdudiyyət qoyulub


Bir sıra ölkələrdən Azərbaycana malların idxalına məhdudiyyət qoyulub.

Far.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Böyük Britaniya və Şimali İrlandiyanın Uelsin Pouis, Monmutşir bölgələrində blutanq xəstəliyi, İspaniyanın Kataloniya muxtar icmasında nodulyar dermatit xəstəliyi, Almaniyanın Türingiya vilayətində, İranın Ərdəbil əyalətində, Bolqarıstanın Haskovo vilayətində, Danimarkanın Cənubi Danimarka regionunda, Niderlandın Drente əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq AQTA müvəqqəti məhdudiyyət tətbiq edib.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Oxşar xəbərlər

Bu xəstəliklərə görə bəzi ölkələrdən Azərbaycana malların idxalına məhdudiyyət qoyulub
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Bu ölkələrdən Azərbaycana diri quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub
Bu ölkələrdən Azərbaycana bəzi malların gətirilməsinə MƏHDUDİYYƏT QOYULUB
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər