Avropa Parlamentində Rusiyadan neft və qaz idxalına qadağa ilə bağlı səsvermə keçiriləcək
Avropa Parlamentinin Sənaye və Energetika Komitəsi oktyabrın 16-da Avropa Komissiyasının təklif etdiyi Avropa İttifaqının (Aİ) enerji sektorunun islahatı qanununa düzəlişlər üzrə səsvermə keçirəcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Avropa Parlamentinin saytında məlumat verilib.
Məlumata görə, dəyişikliklər qəbul olunarsa, qanunvericiliyə Rusiyadan qaz, neft və neft məhsullarının alınmasına dair qadağa daxil ediləcək.
İclas Brüssel vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 12:00) başlayacaq. İzahat qeydinə əsasən, Rusiya qazının tədarükü üzrə yeni müqavilələrin imzalanmasının artıq gələn ilin əvvəlindən qadağan edilməsi nəzərdə tutulur. Eyni zamanda, mövcud qısamüddətli müqavilələrin 2026-cı ilin iyun ayının ortasına qədər, uzunmüddətli müqavilələrin isə 2027-ci ilin əvvəlinə qədər icrası planlaşdırılır.
Qanun layihəsinə əsasən, Rusiya Federasiyasından neft və neft məhsullarının idxalına qadağa qoyulması 2026-cı ildən etibarən nəzərdə tutulur.
Əgər Sənaye və Energetika Komitəsi bu tədbirləri dəstəkləyərsə, daha sonra onlar Avropa Parlamenti, Avropa Şurası və Avropa Komissiyası tərəfindən razılaşdırılmalıdır. Bu cür tədbirləri şərh edən AK daha əvvəl bildirmişdi ki, bunlar, sanksiya məhdudiyyətlərindən fərqli olaraq, uzun müddət qüvvədə qalır və Ukraynada münaqişə başa çatdığı zaman ləğv edilə bilməz.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hansı çay orqanizm üçün daha faydalıdır?
-
Bu ay gözlənilməz sürprizlər yaşayacaq yeganə BÜRC
-
Ayın səthində iki "sirli" parıltı aşkarlandı
-
Türkiyədə 5.2 ballıq zəlzələ olub
-
Türk hərbçilərin də olduğu təyyarə qəzasından ANBAAN GÖRÜNTÜLƏR
-
Azərbaycanın bəzi ərazilərində magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq













