Kredit faizləri niyə azalmır?
Azərbaycanda bankların tələb olunan məcburi ehtiyatlarından əlavə 6.3 milyard manat vəsait yaranıb.
Belə ki, məcburi ehtiyat kimi saxlanılmalı olan vəsaitlər nəzərə alınmadan bank sektorunun struktur likvidlik profisiti 2026-cı il avqust ayının sonuna 6.3 milyard manata çatıb ki, bu da 2025-ci ilin dekabr ayı ilə müqayisədə 2.2 dəfə çoxdur. Bu barədə Mərkəzi Bank məlumat yayıb.
Maraqlıdır, bəs sektorda 6.3 milyard manatlıq izafi likvidlik kreditlərin faizlərinin azalmasına gətirib çıxara bilər?
İqtisadçıların sözlərinə görə, bank sektorunda izafi likvidlik əvvəllər də olub və son dövrlər bu göstərici artıb.
"Məntiqi olaraq, bankların sərəncamında daha çox vəsait olduqda, həmin resursları yerləşdirmək üçün kredit faizlərini aşağı salmaq imkanları yarana bilər. Lakin praktikada izafi likvidliyin təsiri daha çox depozit faizlərində özünü göstərir. Bankların manat resursları artdıqca depozitlər üzrə faizləri aşağı salması müşahidə olunur. Kredit faizlərində isə eyni tendensiya müşahidə edilmir", - deyə iqtisadçı Xalid Kərimli bildirib.
Rəsmi göstəricilərə görə isə kredit faizləri nəinki azalıb, əksinə artıb. Mərkəzi Bankın məlumatına görə, 2026-cı ilin əvvəlində yeni verilmiş kreditlərin orta faizi 17.69 faiz olsa da, sentyabrda bu göstərici 18.83 faizə yüksəlib.
Xalid Kərimli deyir ki, banklar faizi azaltmaqla daha çox kredit verəcəklərini gözləmirlər. Hesab olunur ki, faizlərin azalması problemli kreditlərin artmasına səbəb ola bilər.
Bununla belə, kredit faizlərinin yüksəlməsi problemli kreditlərin artmasının qarşısını almır. Belə ki, sentyabrın 1-nə olan məlumata görə, ilin əvvəli ilə müqayisədə problemli kreditlərin məbləği 37.6 faiz artıb.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Təkcə altı ayda 37% artım" - Problemli kreditlərin artmasının əsas AMİLLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA rəhbəri İnfantinonu istefa verməyə çağırıb
-
Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür
-
Qazaxıstanla Almaniya Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq edəcək
-
Tomas Müller ABŞ klubu ilə müqaviləsinin müddətini uzadıb
-
Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb
-
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub













