Bolt Accelerator" Sahibkarlıq Proqramında İlk Təlim Baş Tutdu
Bakı, Azərbaycan - Bolt-un Azərbaycanda həyata keçirdiyi ilk sahibkarlıq sürətləndirici proqramı - "Bolt Accelerator" uğurla davam edir.
20 sentyabr tarixinədək davam edən müraciət mərhələsində proqram böyük maraq doğurdu - ümumilikdə 900-ə yaxın müraciət qəbul olundu. Onlardan 220 iştirakçı növbəti mərhələyə seçildi.
İlk təlim
25 sentyabrda isə proqram çərçivəsində ilk təlim baş tutdu. Təlimə təxminən 110 seçilmiş iştirakçı qatıldı. Sessiyanın mövzusu "Sahibkar kimi düşünmək və startapın qurulmasında amillər" idi. Təlimi sahibkarlıq və startap ekosistemində geniş təcrübəyə malik olan Vüsal Süleymanlı keçdi.
Növbəti mərhələlər
Ümumilikdə 8 təlim yekunlaşdıqdan sonra iştirakçılar mövzulara uyğun imtahanda iştirak edəcəklər. Uğurlu nəticə göstərən 20 iştirakçı isə növbəti mərhələdə individual mentorluq və təlimlərdən yararlanacaq. Proqramın sonunda keçiriləcək Demo Day-də həmin 20 iştirakçı öz ideyalarının təqdimatını edəcək.
Bolt Accelerator proqramı seçilmiş iştirakçılara sahibkarlığa başlamaq üçün zəruri bilikləri, bacarıqları və mentor dəstəyi təqdim edir. Seçim mərhələsindən keçən iştirakçılar qarşıdakı aylarda bir sıra təlim və mentorluq sessiyalarında iştirak edərək ideyalarını inkişaf etdirmək imkanı qazanacaqlar.
Bolt-un Azərbaycan üzrə Baş Əməliyyat Meneceri Ramil Məhərrəmov bildirib:
"Proqramın böyük maraqla qarşılanması bizi çox sevindirir. İlk təlimdə iştirakçıların enerjisi və ideyaları göstərir ki, bu təşəbbüs ölkəmizdə yeni sahibkarlıq hekayələrinin başlanğıc nöqtəsi olacaq."
Proqram SUP VC şirkəti ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilir və yekunda ən güclü ideyaların müəllifləri 36,500 AZN məbləğində mükafat fondu uğrunda mübarizə aparacaqlar.
Oxşar xəbərlər
Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Mənsum İbrahimov bu universitetin "Fəxri Professor"u seçildi
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Daşkəsəndə şəhidlərin xatirəsi anılıb, ehsan süfrəsi təşkil olunub
-
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
-
İmişli Şəkər Zavodunda boş anbarda yanğın zamanı şəkər ehtiyatlarına zərər dəyməyib - YENİLƏNİB
-
Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib
-
Xaçmazda yol qəzasında xəsarət alan doqquz nəfərin kimliyi məlum olub - YENİLƏNİB
-
Bakıya gəlmək istəyən erməni tankları













