"Mançester Yunayted" "Atletik"in yarımmüdafiəçisi Niko Uilyamsı transfer etmək istəyir
Far.Az xəbər saytı

"Mançester Yunayted" "Atletik"in yarımmüdafiəçisi Niko Uilyamsı transfer etmək istəyir


İngiltərənin "Mançester Yunayted" klubu İspaniya təmsilçisi "Atletik"in yarımmüdafiəçisi Niko Uilyamsı transfer etmək imkanlarını nəzərdən keçirir.

"Report" "The Telegraph"a istinadən xəbər verir ki, Mançester komandası 24 yaşlı ispaniyalı oyunçunun transferini 2027-ci ilin yayında prioritet hədəflər siyahısına daxil edib.

Premyer Liqa klubu Uilyamsın müqaviləsində yer alan 95 milyon avroluq sərbəst qalma maddəsini aktivləşdirməyə hazırdır.

Məlumata görə, Bilbao klubu cari mövsümdə avrokuboklarda iştirak etmir, gənc futbolçu isə zədələr və qeyri-sabit çıxışı səbəbindən tənqid olunur. İspaniya təmsilçisi qitə turnirlərinə vəsiqə qazanılmadığı təqdirdə oyunçuya illik təxminən 10 milyon avro ödənişi davam etdirmək niyyətində deyil.

Qeyd edək ki, Uilyams 2026/2027 mövsümündə La Liqada keçirdiyi 6 matçda 1 qol vurub.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər