ABŞ-də yaşayan Azərbaycan vətəndaşları üçün konsulluq qəbulu günlərinin sayı artırılıb
Far.Az xəbər saytı

ABŞ-də yaşayan Azərbaycan vətəndaşları üçün konsulluq qəbulu günlərinin sayı artırılıb


ABŞ-də yaşayan Azərbaycan vətəndaşlarına ölkəmizin Vaşinqtonda yerləşən səfirliyində konsulluq qəbulu günlərinin sayı artırılıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, ABŞ-dəki Azərbaycan vətəndaşları həftənin bazar ertəsi, çərşənbə və cümə günləri yerli vaxtla səhər saat 09:20-dən 12:20-dək ümumvətəndaş pasportunun yenilənməsi, "Qayıdış Şəhadətnaməsi"nin rəsmiləşdirilməsi, konsulluq qeydiyyatı, notariat hərəkətləri, vətəndaşlıq məsələləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı və sənədlərin sorğu əsasında alınması üçün səfirliyə müraciət edə bilərlər.

Həmçinin vətəndaşlar bazar ertəsi, çərşənbə və cümə günləri hazır olan sənədləri saat 16:30-17:30 aralığında diplomatik nümayəndəlikdən təhvil ala bilərlər. Eyni zamanda, vətəndaşlarımızın səfirliklə operativ əlaqə yarada bilməsi üçün əlavə olaraq mobil telefon xətti yaradılıb: +1(202)556-9391; Konsulluq bölməsinin elektron poçt ünvanı: [email protected]

Oxşar xəbərlər

Ad və soyadlarda dəyişiklik etmək üçün nə edilməlidir? - AÇIQLAMA
Şəkidə ilk dəfə "Sağlamlıq Günləri" keçirilir
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər