"Luvr"dan 8 dəqiqəyə oğurlanan 10 milyonluq zinət əşyaları tapılacaq?
iki gün əvvəl Parisdə "Luvr" muzeyindən qiymətli zinət əşyaları oğurlanıb.
BAKU.WS xəbər verir ki, hələ də zinət ə.yalarənən aqibətindən xəbər yoxdur. Bəzi mütəxəssislər bu nadir əşyaların çoxdan ərdilərək məhv edildiyini ehtimal edir.
Bu barədə niderlandlı müstəntiq Artur Brand BBC-yə açıqlaması zamanı deyib.
Başqa mütəxəssislər isə ehtimal edir ki, bu zinət əşyaları hissələrə bölünərək saxlanılacaq və ayrı-ayrı vaxtlarda Fransadan xaricə aparılacaq.
Brand hesab edir ki, oğrular peşəkar olublar və bundan əvvəl də belə böyük miqyasda oğurluq ediblər.
Həmiçinin müstəntiq onu da vurğulayıb ki belə nadir zinət əşyasını sata bilməzlər. Kimsə onları almağa cəsarət edə bilməz.
Qeyd edək ki, muzeydən ümumilikdə 8 zinət əşyası oğurlanıb. Ümumilikdə dəyərləri 10 milyon funt-sterlinqdir. Onların arasında Fransa imperatoru Napoleonun həyat yoldaşının boyunbağısı da var.
Onun ikinci həyat yoldaşı Mariya Lizaya məxsus məşhur boyunbağı uzunluğu 43 sm olan bu nadir bəzək əşyasıdır, 32 zümrüd və 1138 brilyant qaşla bəzədilib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanlı müğənninin oğlunun əsərləri "Luvr" muzeyində sərgiləndi
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Tanınmış müğənninin maşınında hissələrə bölünmüş qadın cəsədi aşkarlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zərdabda yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb
-
Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir
-
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
-
SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb
-
Sədr müavini: Dini Komitə xaricdəki azərbaycanlıların dini-mənəvi ehtiyaclarına dəstəyi gücləndirib
-
Rubio Moskva və Kiyevdəki danışıqları məzmunlu adlandırıb













