AMB neft-qaz qiymətləri ilə bağlı proqnozunu azaltmaqda davam edir
Far.Az xəbər saytı

AMB neft-qaz qiymətləri ilə bağlı proqnozunu azaltmaqda davam edir


Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il dünya bazarında neftin 1 barelinin orta qiymətinin 64 ABŞ dolları olacağını gözləyir.

Far.Az report-a istinadən xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

Bundan başqa, baş bankir deyib ki, gələn il təbii qazın 1 000 kubmetrinin orta qiymətinin 288 ABŞ dolları olacağı proqnozlaşdırılır.

Xatırladaq ki, AMB-nin bu ilin iyul ayında açıqladığı proqnozlara görə, 2026-cı ildə neftin 1 barelinin orta qiyməti 64,6 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin qiyməti isə 290 ABŞ dolları olmalı idi.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər