Yapon alimlərindən ŞOK proqnozlar - Bu tarixdə bütün canlılar məhv olacaq
Təxminən bir milyard il sonra - 1 000 002 021-ci ilə qədər - Yer planeti həyat üçün yararsız hala gələcək.
BAKU.WS xəbər verir ki, bu qənaətə NASA ilə əməkdaşlıq edən bir qrup yapon alimi gəlib. Onlar Yer biosferinin (canlılar aləminin) sona çatmasına nə qədər vaxt qaldığını hesablamağa çalışıblar.
Onların proqnozlarına görə, Günəşin parıltısı və temperaturu tədricən artacaq ki, bu da okeanların buxarlanmasına və Yer atmosferinin dağılmasına səbəb olacaq.
Lakin tədqiqatçılar qeyd edirlər ki, Günəşin həddindən artıq aktivliyinin məhvedici nəticələri çox daha əvvəl də özünü göstərə bilər. Güclü Günəş fırtınaları atmosferin tərkibini kəskin şəkildə dəyişdirə, xüsusən də oksigen səviyyəsini azalda bilər ki, bu da planetin səthini həyat üçün demək olar ki, yararsız hala gətirər.
Alimlərin fikrincə, vəziyyətdən çıxış yollarından biri avtonom, qapalı ekosistemlərin yaradılması və Günəş sistemindən kənarda yaşamağa yararlı planetlərin axtarışıdır.
NASA mütəxəssisləri hesab edirlər ki, texnologiyaların inkişafı Günəş radiasiyasından qorunma üsullarını hazırlamağa və Yer üzündə həyatın tamamilə məhv olacağı anı gecikdirməyə imkan verəcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Şotlandiyada minlərlə insan Sİ üçün data-mərkəzlərin tikintisinə qarşıdır
-
INL: Qərbi Balkanın cinayət şəbəkələri ABŞ vətəndaşları üçün təhlükə yaradır
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır













