KOBİA klasterləşmə təşəbbüsü olan sahibkarlara müraciət edib
Klasterləşmə təşəbbüsü olan sahibkarlar bir sıra vergi güzəştlərindən, eləcə də İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) göstərdiyi müxtəlif dəstək və xidmətlərdən faydalana bilərlər.
Far.Az xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.
Məlumata görə, KOBİA-dan "KOB klaster şirkəti şəhadətnaməsi" almış sahibkar 7 il müddətinə mənfəət və yaxud gəlir, torpaq və əmlak vergilərindən tam azad olunur, müvafiq təsdiqedici sənəd əsasında layihə çərçivəsində xaricdən idxal etdiyi texnika, texnoloji avadanlıq və qurğular üzrə ƏDV-dən tam azad olunur, KOB klasterinin iştirakçısı olan sahibkarların KOB klaster şirkətinə təqdim etdiyi mal mənfəət və yaxud gəlir vergisindən tam azad olunur.
KOBİA isə klasterləşməyə aşağıdakı istiqamətlərdə dəstək göstərir:
informasiya və məsləhət xidməti;
KOB klasterinin funksional xəritəsinin hazırlanması;
KOB klasterin yaradılmasının maliyyə-iqtisadi əsaslandırılmasının hazırlanması;
KOB klasterinin iştirakçısının tapılması.
Sahibkarlar klasterləşmə ilə bağlı yuxarıda qeyd edilən dəstəklər üçün KOBİA-ya elektron poçt ([email protected]) və ya rəsmi internet səhifəsi üzərindən birbaşa (https://smb.gov.az/az/contact-form/aze-citizen) müraciət edə bilərlər.
KOB klaster - eyni və yaxud oxşar iqtisadi fəaliyyət sahələrində, müəyyən coğrafi bölgədə yerləşmə əsasında yaranan, işçi qüvvəsini, vahid bazarı və xidmətləri bölüşən, qarşılıqlı iqtisadi münasibətlər quraraq əlaqəli, bir-birini tamamlayan və birgə fəaliyyət göstərən KOB klaster şirkəti və KOB klaster iştirakçılarının məcmusudur. KOB klasterin yaradılmasına dövlət dəstəyi, o cümlədən güzəştlər, KOB klaster şirkəti şəhadətnaməsini almaq üçün lazım olan sənədlər barədə məlumatı KOBİA-nın saytından (https://smb.gov.az/az/nav/kob-klaster) və ya 131 Çağrı Mərkəzindən öyrənmək olar.
Oxşar xəbərlər
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Naxçıvanda sahibkarlar üçün xüsusi vergi güzəştləri paketi hazırlanıb - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
KOBİA: Sahibkarlara verilmiş 192 “Startap” şəhadətnaməsinin 50 %-ə qədəri gənclərə aiddir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb













