İcbari tibbi sığortanın Xidmətlər Zərfi genişləndiriləcək
Far.Az xəbər saytı

İcbari tibbi sığortanın Xidmətlər Zərfi genişləndiriləcək


İcbari tibbi sığortanın Xidmətlər Zərfinin genişləndirilməsi nəzərdə tutulub.

Bu barədə İTS Far.Az-in sorğusuna cavab verib.

Bildirilib ki, buraya ürək-damar, neyrocərrahiyyə, ümumi cərrahiyyə, uroloji, oftalmoloji, travmatoloji və laborator xidmətlərlə bağlı yeni tibbi xidmətlərin əlavə edilməsi, mövcud xidmətlərin çeşidinin artırılması planlaşdırılır:

"Eyni zamanda, ambulator şəraitdə resept əsasında yazılan dərman vasitələrinin mərhələli şəkildə sığorta hesabına qarşılanması istiqamətində işlər aparılır.

Qeyd edək ki, ilk mərhələdə ürək-damar sistemi xəstəlikləri üzrə dərman vasitələrinin icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi nəzərdə tutulur. Dərman təminatının tənzimlənməsinə dair bir sıra qərarlar qəbul edilib. Bu qərarlarla dərman vasitələrinin icbari tibbi sığorta hesabına kompensasiya mexanizmi, onların Xidmətlər Zərfinə daxil edilməsi və çıxarılması meyarları müəyyənləşdirilib."

Şahanə Xankişiyeva

Oxşar xəbərlər

Azərbaycanda əhaliyə pulsuz veriləcək dərmanlarla bağlı YENİ XƏBƏR
İTS xidmətlər zərfi GENİŞLƏNDİRİLƏCƏK - RƏSMİ
ŞAD XƏBƏR! Bu xəstəliklərin müalicəsi də SIĞORTAYLA OLACAQ - EKSKLÜZİV
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bir çox travmatoloji xidmətin icbari tibbi sığortaya əlavə edilməsi planlaşdırılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər