İTS xidmətlər zərfi GENİŞLƏNDİRİLƏCƏK - RƏSMİ
Xidmətlər Zərfinə gələcəkdə bir sıra yeni tibbi xidmətlər əlavə ediləcək.
Far.Az-in sorğusuna cavab olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bildirib ki, planlara əsasən, ürək-damar, neyrocərrahiyyə, ümumi cərrahiyyə, uroloji, oftalmoloji, travmatoloji və laborator xidmətlər üzrə yeni tibbi xidmətlərin əhatəsi genişlənəcək. Buraya kəsiksiz damar əməliyyatları, mürəkkəb travmatoloji müdaxilələr, qarın boşluğu, baş-beyin və göz əməliyyatları kimi kompleks cərrahi prosedurlar daxildir.
Həmçinin ambulator şəraitdə resept əsasında yazılan dərman vasitələrinin icbari tibbi sığorta hesabına mərhələli şəkildə qarşılanması da nəzərdə tutulur. İlk mərhələdə ürək-damar sistemi xəstəlikləri üçün dərman vasitələri əhatəyə daxil ediləcək, növbəti illərdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərmanlar da sığorta çərçivəsinə əlavə olunacaq.
Beləliklə, icbari tibbi sığortanın əhatə dairəsi vətəndaşların sağlamlıq xidmətlərinə çıxışını daha da artıracaq.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
ŞAD XƏBƏR! Bu xəstəliklərin müalicəsi də SIĞORTAYLA OLACAQ - EKSKLÜZİV
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
2026-cı ildə İcbari Tibbi Sığorta Xidmətlər Zərfi genişləndiriləcək - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













