Tamilla Əliyeva vəzifəsindən azad edilib? - AQTA-dan AÇIQLAMA
"Bəzi media səhifələrində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyəti sədrinin müavini Tamilla Əliyevanın vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir".
Oxu.Az xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, Tamilla Əliyeva AQTA sədrinin müvafiq əmri ilə Agentliyin Aparatında heyvan sağlamlığı və bioloji təhlükəsizlik məsələləri üzrə məsul vəzifəyə təyin edilib:
"Bu təyinatadək o, heyvan sağlamlığı və bioloji təhlükəsizlik sahəsində elmi əsasların formalaşdırılması, beynəlxalq təcrübənin tətbiq edilməsi, bir sıra nüfuzlu təşkilatlarda ölkəmizin təmsil edilməsi, baytarlıq preparatlarının və onlara aid sənəd, eləcə də materialların ekspertizası sahəsində fəaliyyət göstərib. Bu fəaliyyət çərçivəsində T.Əliyeva Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Kommunikasiya və Baytarlıq Preparatlarının Nəzarəti üzrə Milli Əlaqələndiricisi kimi bioloji təhlükəsizlik və keyfiyyət tələblərinə cavab verməyən baytarlıq preparatlarının, o cümlədən vaksinlərin, antibiotiklərin, terapevtik preparatların dövriyyəyə daxil edilməsinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirib.
Bundan sonrakı dövrdə də T.Əliyeva AQTA-nın heyvan sağlamlığı və bioloji təhlükəsizlik məsələləri üzrə məsul şəxsi kimi baytarlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsi, eləcə də heyvan xəstəliklərinin profilaktikası üzrə tədbirlərə nəzarət istiqamətində fəaliyyətini davam etdirəcək".
Vurğulanıb ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində xüsusi təhlükəli xəstəliklərin aşkarlanması üzrə yüksək biotəhlükəsizlik tələblərinə cavab verən, ölkədə yeganə beynəlxalq akkreditasiya və səriştəlilik sınaqlarından uğurla keçərək qabaqcıl standartlara uyğun fəaliyyət göstərən laboratoriyaların məsul şəxsləri cari funksiyalarının icrasını davam etdirirlər.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Xəstə heyvanların əti Bakıya gətirilir? - AQTA-dan istehlakçılara TÖVSİYƏ
Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Şotlandiyada minlərlə insan Sİ üçün data-mərkəzlərin tikintisinə qarşıdır
-
INL: Qərbi Balkanın cinayət şəbəkələri ABŞ vətəndaşları üçün təhlükə yaradır
-
Ammar Baxşalıyev batut gimnastikası üzrə dünya çempionatının finalına yüksəlib













