TİKA Mərdəkan qalasının bərpa işləri ilə bağlı layihə həyata keçirəcək
Far.Az xəbər saytı

TİKA Mərdəkan qalasının bərpa işləri ilə bağlı layihə həyata keçirəcək


Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Mərdəkan qalasının bərpa işləri ilə bağlı layihə həyata keçirəcək.

Far.Az xəbər verir ki, bunu "Report"a müsahibəsində TİKA-nın sədri Abdullah Eren deyib.

O bildirib ki, oktyabrın 29-u Mərdəkan qəsəbəsini ziyarət ediblər:

"Orada Şirvanşahlar dövründən qalan böyük Mərdəkan qalası var. TİKA həmin qalada bərpa işləri ilə bağlı layihə həyata keçirəcək. Ümumilikdə TİKA-nın indiyədək Azərbaycanda həyata keçirdiyi layihələrin maliyyə dəyəri təxminən 50 milyon dollar olub".

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

Oxşar xəbərlər

Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
Azərbaycan və BƏƏ liderləri Şuşa qalasının önündə foto çəkdiriblər
DİN-in hərbi qulluqçuları və polis əməkdaşları Zəfər parkını ziyarət ediblər
Mehriban Əliyeva Vatikan Apostol Kitabxanasını ziyarət edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər