Bakıda konsert verən Özcan Deniz: "Tamaşaçıların sevgisi məni dərindən təsirləndirdi"
Far.Az xəbər saytı

Bakıda konsert verən Özcan Deniz: "Tamaşaçıların sevgisi məni dərindən təsirləndirdi"


Məşhur müğənni Özcan Deniz Bakıda unudulmaz konsert proqramı ilə çıxış edib.

BAKU.WS xəbər verir ki, musiqisevərlərin böyük marağına səbəb olan möhtəşəm gecə boyunca sənətçi repertuarının ən sevilən və dillər əzbərinə çevrilən hit mahnılarını səsləndirib.

Bütün mahnılarını canlı ifa edən sənətçi səmimi davranışı və səhnə enerjisi ilə dinləyiciləri coşdurub. Hər ifadan sonra izləyicilərin gurultulu alqışları zalı bürüyüb.

Sevilən müğənni Bakı tamaşaçıları üçün yeni mahnısı olan "Arabesk"i də söyləyib.

Ara-sıra tamaşaçılarla səmimi ünsiyyət quran ulduz qonaq tezliklə yenidən paytaxt Bakıya konsert proqramı ilə gələcəyini də bildirib:

"Mənim üçün Bakı səhnəsində çıxış etmək çox xüsusi bir duyğudur. Buradakı tamaşaçıların sevgisi, enerjisi və səmimiyyəti məni dərindən təsirləndirdi. Bu gecə yaddaşımda qalacaq və çox tezliklə yenidən görüşəcəyik".

Konsertin sonunda tamaşaçılar sənətçini ayaqüstə alqışlayaraq, uzun müddət səhnəni tərk etməsinə imkan vermədilər. Gecə musiqi, sevgi və səmimiyyət dolu ab-hava ilə yadda qalıb.

Oxşar xəbərlər

Röya Ayxanın 25 illik səhnə fəaliyyətinə həsr olunan KONSERTDƏN GÖRÜNTÜLƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Porsche Azərbaycandan uşaqlarla unudulmaz kartinq günü
Qərbi Azərbaycan mövzusunda "Zəngəzur mahnısı" ictimaiyyətə təqdim olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər