Azercell ilə "Mələk İnvestorlar Məktəbi" startap və investorları bir araya gətirir
Azərbaycanın startap ekosistemində mələk investorluğun inkişafına önəmli töhfə verən "Mələk İnvestorlar Məktəbi" bu il Azercell-in dəstəyi ilə daha geniş və interaktiv proqramla keçiriləcək. Təlim 4-6 noyabr 2025-ci il tarixlərində Bakıda baş tutacaq.
Proqram çərçivəsində ABŞ-dan dəvət olunmuş beynəlxalq ekspertlər və yerli mütəxəssislər iştirakçılarla praktik biliklərini paylaşacaq, startap portfellərinin formalaşdırılması, düzgün seçimlər və uğurlu investisiya strategiyaları barədə dəyərli tövsiyələr verəcəklər. Sessiyalar ingilis dilində keçiriləcək.
2024-cü ildə layihə artıq 200-dən çox potensial investora təlim keçmiş, onların "SABAH Angels" klubuna üzvlüyünü təmin etmiş və startaplara yüz minlərlə dollar investisiya yönləndirmişdi. Bu il isə proqram daha böyük və interaktiv şəkildə təşkil olunacaq.
Təlimi tamamlayan və sonrakı altı ay ərzində startaplara investisiya edən iştirakçılar arasında püşkatma keçiriləcək. Beş qalib 2026-cı ildə Silikon Vadisinə bütün xərcləri təşkilatçılar tərəfindən qarşılanmaqla səfər etmək imkanı qazanacaq.
Layihə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və SABAH Angels klubunun dəstəyi ilə həyata keçirilir.
Ətraflı məlumat üçün: www.angelinvestor.az
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Daşkəsəndə şəhidlərin xatirəsi anılıb, ehsan süfrəsi təşkil olunub
-
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
-
İmişli Şəkər Zavodunda boş anbarda yanğın zamanı şəkər ehtiyatlarına zərər dəyməyib - YENİLƏNİB
-
Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib
-
Xaçmazda yol qəzasında xəsarət alan doqquz nəfərin kimliyi məlum olub - YENİLƏNİB
-
Bakıya gəlmək istəyən erməni tankları













