Səyyar ASAN xidmət regionlarda fəaliyyət göstərəcək
Far.Az xəbər saytı

Səyyar ASAN xidmət regionlarda fəaliyyət göstərəcək


Səyyar ASAN xidmət noyabrın 3-27-də regionlarda fəaliyyət göstərəcək.

Bu barədə Far.Az-ə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, sözügedən dövrdə Şirvanda, Samuxda, Şabranda, Astarada, Ağdamda, Ucarda, Qaxda və Xırdalanda vətəndaşlara səyyar xidmət göstəriləcək.

Səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00 - 14:00 arası isə nahar fasiləsidir.

Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycanda bank maşınları satışa çıxarıldı - 4 min manatdan başlayır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Astarada bəzi ərazilər su altında qaldı - Onlarla adam təxliyə edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər