Sahil Babayev: "Çox az ölkədə Azərbaycandakı qədər aşağı gəlir vergisi var"
Dünyada çox az ölkədə Azərbaycandakı qədər aşağı gəlir vergisi var.
Far.Az "Report"a istinadən xəbər verir ki, bunu maliyyə maliyyə naziri Sahil Babayev bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O xatırladıb ki, növbəti ildən 2 500 manata qədər olan gəlirə cəmi 3 % gəlir vergisi tətbiq olunacaq: "Eyni zamanda, biz ümumi fiskal yükü tənzimlədik. Azərbaycanda əvvəllər ümumi fiskal yük 52-55 %-ə qədər idi, indi isə 37 %-dir. Bütün gəlir növlərində onu keçməmək şərti qoyduq. Paralel olaraq, biz hazırladığımız bu yeni layihə ilə ölkəmizdə güzəşt dövrü ilə bunu tətbiq etmirik, bunu daimi dərəcələr olaraq tətbiq edirik. Gəlir vergisi 2026-cı ildə 3 %, 2027-ci ildə 5 %, 2028-ci ildə isə 7 % olacaq. Gəlir vergisi 7 %-lik rəqəmlə fikslənəcək. Beləliklə, Azərbaycanda daimi gəlir vergisi 2 500 manata qədər 7 %, 8 min manata qədər 10 %, 8 min manatdan yuxarı isə 14 % olaraq müəyyən olunacaq. Amma 2026-cı il üçün bu rəqəm 3 %-dir".
Nazir qeyd edib ki, bunun özü də çox böyük bir güzəşdir: "Düşünürük ki, bu da özəl sektorun, xüsusilə kiçik-orta biznesin inkişafı, investasiya yatırımları, infrastruktur yatırımları üçün kifayət qədər müsbət bir təməl və şərait yaradır"
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













