Kanadalı alimdən şok iddia - Yadplanetlilər Ayda gizlənərək Yeri izləyirlər
Far.Az xəbər saytı

Kanadalı alimdən şok iddia - Yadplanetlilər Ayda gizlənərək Yeri izləyirlər


Kanadanın Karlton Universitetinin professoru Aleks Elleri maraqlı və mübahisəli iddia ilə çıxış edib. Onun sözlərinə görə, yadplanetlilər Ayda gizlənərək Yeri və insanları müşahidə edə bilərlər.

BAKU.WS xəbər verir ki, bu barədə alim "Universe Today" nəşrində dərc olunan məqaləsində bildirib.

Kanadalı alimin fikrincə, Ay yadplanetli sivilizasiyalar üçün müşahidə bazası qurmaq baxımından mükəmməl yerdir:

"Burada onlar baza yarada, əlavə qurğuları "çap" edərək, tədricən bütün Günəş sisteminin xəritəsini tərtib edə bilərlər".

O əlavə edib ki, bu cür fəaliyyətlər "texnosignatura" adlanan izlər buraxa bilər – yəni texnoloji mənşəli izotop, maqnit və ya struktur dəyişiklikləri.

Aleks Elleri hesab edir ki. yadplanetlilərin mövcudluğunu sübut edə biləcək ən real izlər aşağıdakılardır:

İzotop nisbətlərində anormallıqlar;

Maqnit sahəsində sapmalar;

Zondların buraxdığı struktur dəyişiklikləri.

Elleri qeyd edir ki, yadplanetlilər Ayda özlərindən sonra "gizli hədiyyələr" - yəni avtomatik mini-zavodlar və ya texnoloji qurğular buraxmış ola bilərlər.

"Bu obyektləri yalnız texnologiyamız müəyyən səviyyəyə çatdıqda aşkarlaya biləcəyik",- deyə o vurğulayıb.

Alim sonda deyib ki, insanlıq indiyədək Ayda yadplanetlilərin izlərini tapmaq üçün yanlış metodlardan istifadə edib. Onun fikrincə, diqqəti səthin deyil, Ayın dərin qatlarının və süxur nümunələrinin tərkibinə yönəltmək lazımdır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər