Unibank "YAŞAT" Fonduna 100 000 manat ianə edib
Bu il Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri - Zəfər Gününün 5 illiyi qeyd olunur.
Bu münasibətlə Unibank KB ASC Zəfəri bizə yaşadan qəhrəmanlara dərin ehtiramını bildirərək, "YAŞAT" Fondunun keçirdiyi marafona 100 000 manat ianə edib.
Unibank üçün şəhid və qazi ailələrinə dəstək, Bankın korporativ sosial məsuliyyət siyasətinin əsas istiqamətlərindən biridir. Bank illərdir bu istiqamətdə davamlı layihələr həyata keçirir və iki şəhid ailəsinin daimi himayədarı kimi onlara dəstək verir.
"Unibank"ın sosial siyasəti, cəmiyyət qarşısında məsuliyyətin yalnız maliyyə fəaliyyəti ilə məhdudlaşmadığını, həm də insani dəyərlərin qorunması və paylaşılması ilə ölçüldüyünü göstərir.
"Zəfər sadəcə tarixdə qalmır, o, hər gün xatirə, hörmət və minnətdarlıqla yaşadılır.
Bizim qəhrəmanlarımız və onların ailələri hər zaman Unibankın diqqət mərkəzindədir. Bu dəstək həm borcumuz, həm də qürurumuzdur," - deyə Unibank İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib.
Bu Zəfər bizimdir, bu minnətdarlıq hamımızındır.
Unibank – Sənin Bankın!
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qaradağda vulkan püskürüb
-
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
-
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
-
Kəngərlidə avtomobil aşıb, bir nəfər ölüb
-
Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb
-
Latviyada 27 Sentyabr - Anım Günü qeyd olunub













